Mercedes W09-un şəkilləri yayılıb

Son 4 ilin çempionu Mercedes-in yeni bolidi W09 Silverstoun trasında gün üzünə çıxıb.

F-1-az xatırladır ki, “gümüşü oxlar” 2010-cu ildə idmana qayıtmış və 2014-cü ildə turbo erasının başlanması ilə məğlubedilməz komandaya çevriliblər. Həmilton və Bottas cütlüyü ilə yarışmağa hazırlaşan Mercedes-in builki hədəfi ardıcıl 4-cü mövsümdə titulu qorumaqdır.

Komanda yeni bolidini Bakı vaxtı ilə 16:00-da təqdim etməyi planlaşdırsa da, şəkillər vaxtından əvvəl mətbuata sızdırılıb. Bolidin rəng çaları keçənilkinə oxşardır, amma mühərrik qapağı əvvəl təqdim edilən maşınlardan fərqlənir. Halonun rəngi isə qara olacaq. Çəkiliş günündə həm Bottas, həm də Həmilton bolidi sürə biliblər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*