Mercedes Rassellin bolidində güc qurğusunu dəyişəcək

Sıralanma turunun bitməsindən sonra Corc Rassellin maşınının dayanmasının səbəblərini araşdıran Mercedes komandası onun avtomobilindəki güc qurğusunu dəyişdirməyə qərar verib.

Əvəz edilməsinin səbəbi – soyuducu mayenin sızmasıdır. Bunun üçün cərimə sanksiyaları tətbiq edilməyəcək.