M.Ferstappen: Tempimiz yaxşı deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, templəri yaxşı deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü Qətərdəki sıralanma turunda ikinci olub.

Maks Ferstappen: “Məncə, tempimiz yaxşı deyil. Buna görə də işlər bizim üçün qarışıq oldu. Sıralanma turunda bunu gördünüz. Çeko son sessiyaya qala bilmədi. Bu da bizim zəif olduğumuzu göstərir. Buna baxmayaraq, ikinci olduq və yarışda ikinci olduq. Lakin kaş bir az da sürətli olardıq.

Yarış barədə bir söz demək çətindir, çünki daha əvvəl burada yarışmamışıq. Buna görə də müəmma çoxdur. Lakin bunu düşünmürəm. Start üzərində işləməliyik. Görək harada olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*