K.Maini Formula2-də yarışacaq

Hindistanlı Kuş Maini 2023-cü ildə karyerasını Formula 2-də davam etdirəcək. Banqalordan olan 22 yaşlı pilot Campos Racing komandasını maşınını idarə edəcək.

F-1.az bildirir ki, Maini bu il MP Motorsport komandası ilə Formula3-də yarışıb. Mövsümün sonunda 31 xal qazanaraq sürücülər çempionatında 14-cü yeri tutub və ən yaxşı nəticəsi Macarıstanda şənbə günü keçirilən yarışda üçüncülük olub.

Kuş Maini: “Kampos komandasına qoşulduğum üçün çox həyəcanlıyam! Artıq komandanın bazasında bir müddət keçirmişəm, buradakı atmosferdən və peşəkarlıqdan həzz alıram. İndi Əbu Dabidə üç günlük testləru səbirsizliklə gözləyirəm. Dəstəklərinə görə Mumbai Falcons, Omega Seiki Mobility və JK Racing-ə minnətdaram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*