Gələn mövsüm F1 tarixində ən bahalı olacaq

F-1.az xəbər verir ki, Sauber-in idman direktoru Beat Tsender logistika xərclərinin getdikcə artması səbəbindən 2023-cü il mövsümünün komandalar üçün tarixin ən bahalı mövsümü olacağını hesab edir...

Beat Tsender: “Böyük Britaniyada otellər hər il 25% bahalaşır. Ostində bütün otellər artıq bron edilib. Biz on əlavə çarpayı sifariş etməyə çalışdıq, lakin otelimizdə artıq yer yoxdur. Digər problem isə odur ki, koronavirus pandemiyasından sonra hava nəqliyyatı hər yerdə tam bərpa olunmayıb. Məsələn, Melburndan insanların geri qayıtması ilə bağlı problemlərimiz var – hətta təqvim elan olunana qədər yarışdan sonrakı gün bütün reyslər tam bron edilmişdi. Boş oturacaqlar varsa, almaq istəyənlər əvvəlkindən iki dəfə çox pul ödəməlidirlər. Belə görünür ki, daha bahalı mövsüm təşkil etmək mümkün deyil.

Ardıcıl üç yarış seriyası həmişə risk təşkil edir. Biz bunu 2021-ci ildə, Amerikadakı yarışlar zamanı gördük. Amma məni daha çox ardıcıl üç Avropa yarışı narahat edir. Əvvəllər Barselonadan Monakoya bir həftəyə gedirdik, amma İmola daha uzaqdadır. Bundan əlavə, Monakoda avadanlıqların quraşdırılması və sökülməsi həmişə xaosa səbəb olur. Ən çox xərci Avropadakı yarış seriyasını qıran Kanada mərhələsi olacaq – biz yalnız nəqliyyat üçün demək olar ki, bir milyon funt ödəyəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*