Fransa-2022: Güc qurğusunun elementləri

FİA Fransa Qran Prisi ərəfəsində maşınlarda olan güc qurğusunun elementlərinin istifadə sayını dərc edib. Amma qarşıdakı günlər ərzində maşınlarda bəzi elementlər dəyişdirilə bilər.

F-1.az xatırladır ki, mövsüm ərzində hər bir sürücü daxiliyanma mühərriki (İCE), turbin, MGU-K və MGU-H generatorlarından 3 ədəd, rekuperasiya sisteminin akkumulyatoru və elektron idarəetmə blokundan cəriməsiz 2 ədəd istifadə edə bilər. Qazburaxma borusunun istifadəsində də limit var – mövsüm ərzində yalnız 8 ədədinin istifadəsinə icazə var. Bu say aşılarsa, cərimə tətbiq edilir.

Güc qurğusunun limitdən artıq hər hansı ilk elementinin quraşdırılması startda 10 yer itirməklə cəzalandırılır. İkinci və ondan sonrakı limiti aşan dəyişikliklərin hər birinə görə əlavə 5 yer itirmək cəzası verilir. Əgər sürücü 15-dən çox yer itirməli olarsa, yarışa son sıradan başlayır. Bir yarışda bir neçə sürücü belə cəzalanarsa, start mövqeyi cərimələrin vaxtına əsasən təyin edilir.

N Sürücü Komanda Motor ICE TC MGU-H MGU-K ES CE EX
63 Corc Rassell Mercedes Mercedes 2 2 2 2 1 1 3
44 Lyuis Həmilton Mercedes Mercedes 2 2 2 2 1 1 3
1 Maks Ferstappen Red Bull RBPT 2 2 2 2 1 1 3
11 Serxio Peres Red Bull RBPT 2 2 2 2 1 2 4
16 Şarl Lekler Ferrari Ferrari 4 4 4 4 2 3 6
55 Karlos Sayns Ferrari Ferrari 3 3 3 3 1 2 4
3 Daniel Rikkardo McLaren Mercedes 2 2 2 2 1 1 2
4 Lando Norris McLaren Mercedes 3 3 3 3 1 1 3
14 Fernando Alonso Alpine Renault 5 5 5 4 4 4 5
31 Esteban Okon Alpine Renault 3 3 3 3 2 2 3
10 Pyer Qasli AlphaTauri RBPT 3 3 3 3 2 2 5
22 Yuki Tsunoda AlphaTauri RBPT 4 4 4 4 3 3 5
18 Ləns Stroll Aston Martin Mercedes 2 2 2 2 2 2 2
5 Sebastyan Fettel Aston Martin Mercedes 2 2 2 3 2 2 2
23 Aleksander Elbon Williams Mercedes 2 2 2 2 2 2 2
6 Nikolas Latifi Williams Mercedes 2 2 2 2 2 2 2
77 Valtteri Bottas Alfa Romeo Ferrari 4 5 5 4 2 3 5
24 Quanyu Çjou Alfa Romeo Ferrari 3 3 3 3 1 2 4
20 Kevin Maqnussen Haas F1 Ferrari 3 3 3 3 2 2 4
47 Mik Şumaxer Haas F1 Ferrari 3 3 3 3 2 2 5
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*