E.Okon: “Renault hələ qazana bilməyəcək”

Renault komandasının sürücüsü Esteban Okon gələn il qələbə qazana bilməyəcəklərini düşünür.

F-1.az xatırladır ki, 23 yaşlı sürücü yeni komandası Renault ilə Əbu Dabi təkər testlərində debüt edib. Komanda rəhbəri Siril Abitebul fransalı pilota təriflər yağdırıb.

Esteban Okon: “Bunu oxudum və onun inamını doğrultmaq üçün hər şey edəcəm. Özümü Daniel ilə müqayisə etmək istəyirəm və məqsədim onu qabaqlamaqdır.

Renault son illərdə inkişaf etsə də, bolidimiz qələbə qazanmağa imkan vermir. Gələn il də qələbə qazana bilməyəcəyik. Lakin əsas odur ki, ruhdan düşməyək və inkişaf edək. Mənim hədəfim yeddinci və ya səkkizinci olmaq yox, Dünya Çempionu titulunu qazanmaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*