Artıq komandalar testlərdə də gizlənə bilməyəcəklər

FİA-nın yeni qaydalarına əsasən komandalar artıq qış testlərində bolidlərini fanatlardan və rəqiblərindən gizlədə bilməyəcəklər.

F-1.az bildirir ki, reqlamentə görə komandalar maşınlarını həftəsonu boyu nümayiş etdirməlidilər. Lakin testlər üçün heç bir qayda tətbiq olunmurdu. Buna görə də komandalar mövsümün əvvəlində sahib olduqları yenilikləri gizlədirdilər ya da bolidin görüntülənməsinə icazə vermirdilər. Lakin Ümumdünya Avtoidman Şurasında yeni qayda qəbul edilib. Qaydaya əsasən komandalar yeniliklərin üstünü bağlamayacaqlar. Artıq mühərriklıərin, ötürmələr qutusunun, ehtiyat qanadların üstü örtülməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*