Alman mətbuatı Ferrari F60-ın leqallığına şübhə edir

Almaniyada nəşr olunan Auto Motor und Sport qəzetinin eksperti Mixael Şmidt yeni Ferrari-nin leqallığına şübhə edir, o hesab edir ki, […]

Almaniyada nəşr olunan Auto Motor und Sport qəzetinin eksperti Mixael Şmidt yeni Ferrari-nin leqallığına şübhə edir, o hesab edir ki, təqdimat mərasimində nümayiş olunan F60 yeni reqlamentin tələblərinə uyğun deyil. Mətbuat xidmətnin rəsmi şəkillərindən göründüyü kimi yeni maşının işlənmiş qazı buraxan sistemin boruları bir qədər yuxarı qalxır və deməli, texniki reqlamentə əsasən aerodinamik element sayılır, belə əlavə elementlərin istifadəsi isə bu ildən qadağan olunub…

McLaren, Renault, Williams və Toyota bu məhdudiyyətə əməl ediblər, amma qış testlərində reqlamentin tələblərinə cavab vermək vacib deyil – formal olaraq komanda mövsümün ilk yarışından əvvəl maşınların texniki baxışına kimi bu elementi dəyişə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*