23 Sentyabr 2017, Şənbə - 18:48

Red Bull – ikili hisslər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:46 - 26 Aprel, 2009

Red Bull komandası iki hisslər yaşayır – Sebastyan Fettel stabil olaraq sıralanma turlarını üçüncü yerdə başa vurur, mövsümün ilk iki […]

Red Bull komandası iki hisslər yaşayır – Sebastyan Fettel stabil olaraq sıralanma turlarını üçüncü yerdə başa vurur, mövsümün ilk iki yarışında da sıralanma turunda üçüncü olmuş Fettel Çində birinci olmuşdu, Mark Uebber isə bu dəfə trafikə düşüb, nəticədə mübarizəni elə birinci sessiayda dayandırıb və sabah yarışa sonuncu cərgələrdən qatılacaq…

Sebastyan Fettel: “Sıralanma turu uğurlu alındı. Birinci sessiyada mübarizə olduqca sıx idi, bərk təkərlərlə göstərdiyim nəticə kifayət etmədi və yumşaq təkərlərlə trasa çıxmalı oldum. Sonra hər şey qaydasına düşdü. Maşın çox sürətlidir, ikinci sessiyada mən bir sürətli dövrə kifayət etdi. Amma finalda hər iki Toyota məndəns ürətli oldu, ümid edirəm ki, sabah onlar məndən tez pit-stopa gedəcəklər. Amma qarşıda uzun yarış var.”

Mark Uebber: “Trafik. Mən sonuncu döbgədə trafikə düşdüm və ikinci sessiyaya çıxa bilmədim. Mən hər iki dövrəmi Sutil korladı. Əvvəlcə sonuncu döngədə mən ona dirəndim, ikinci cəhdimdə isə o düz yolda məni keçməklə dövrəyə başlamağıma mane oldu. Çox məyus oldum. Problemlər birinci sessiyada olduğu üçün mən sonuncu cərgələrdən start almalı olacam. Yarış çox ağır olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 64
Teqlər
Paylaş

logo