22 Oktyabr 2017, Bazar - 23:04

Almaniya-2016: asfaltayatma qüvvəsinin təqibində

Almaniya-2016: asfaltayatma qüvvəsinin təqibində

Müəllif: Afgan Haji, redaktor

11:41 - 06 Sentyabr, 2016

Scuderia-da etiraf etdilər ki, İspaniya Qran Prisindən sonra aerodinamik effektivliyi baxımından nəzərəçarpacaq irəliləyişlərə nail ola bilməyiblər. Corco Piola və Mət Somerfild italiyalıların asfaltayatma qüvvəsinin artması üçün necə mübarizə aparmalarını araşdırıblar.

Ferrari

Cümə günü Hokkenhaymda Scuderia ön antiqanad elementlərinin trasda yüklənmə altında hansı dərəcədə əyildiyini dəqiq müəyyənləşdirməyə imkan verən sınaqlar keçirib.

Bunun üçün ənənəvi olaraq xırda damalı yapışqanlardan ibarət olan tandemdən istifadə ediblər – onlar yan lövhələrin iç tərəfində, qanadcığın yuxarı səthində və Г-şəkilli elementlərdən birində – eləcədə müqavimət sipərində quraşdırılmış yüksəksürətli kamerada peyda olublar.

ferrari

 

Şassinin heç bir hissəsi mütləq sərt deyildir, bu zaman FIA bütöv bir sıra yüklənmə deformasiya testləri aparır, o cümlədən də ön qanadda. Komandaların başa düşməsi vacibdir: onlarda bu testlərin keçirilməsi üçün “statikada” möhkəmlik ehtiyatı varmı – amma real tras şəraitində elementlərin məhz nə cür əyildiyini təsəvvür etmək bundan heç də az mühüm deyildir. Bunun dərk edilməsi rəqiblərə qarşı üstünlüyünü təmin edər.

 

 

Macarıstan Qran Prisinə komandalar arxa təkərin ardında yeni qanadcıq gətirmişdilər. Bizim videoda o, başqa rakursdan göstərilib.

Element yetərincə böyük uzunluğa malikdir, bolidin aşağı hissəsinin səviyyəsindən yuxarı qalxır. O, diffuzorun çöl kanalının səmərəliyini artırmaqla axını “doldurur”, eləcə də Ferrari-nin 2015-ci ildən başlayaraq öz maşınlarında istifadə etdiyi bu sahədəki digər qanadcıqlara kömək edir.

Yüklənmə altında deformasiyaya uğrayan arxa təkərlərin yaxınlığından bu sahə çox həssasdır – və ümumi balansa böyük töhfə verir.

Peletonun bütün bolidlərindən məhz SF16-H-da o daha diqqətlə işlənilib. Mühəndislər hava axınları ilə “dirijorluq etməyi” sınaqdan keçirirlər ki, əvvəla, həssaslığı azaltsınlar, ikincisi də, əlbəttə ki, səmərəlilik əlavə eləsinlər.

 

Mercedes

Hələ ki, çempionlar yorulmaq bilmədən yeniliklər hazırlayırlar. Yeri gəlmişkən, bu, onlara təqibçiləri ilə aralarındakı məsafəni saxlamağa imkan verən amillərdən biridir.

İşlənib tamamlanmaların daxil edilməsinin intensiv templərini nəzərə alaraq, Mercedes-in təqvimdə, əvvəlkindən cəmi bir həftə sonra dayanan yay tətili öncəsi bərqərar olmuş yarışmaya demək olar ki, heç nə gətirməməsi çətin ki, kimisə təəccübləndirsin.

Ancaq bu, bizə imkan verdi ki, artıq ikinci uik-enddə istifadə olunan əyləc disklərini daha diqqətlə nəzərdən keçirək.

mercedes

 

Disklərin özəllikləri bizim ənənəvi olaraq bütün F1 komandalarında görməyə adət etdiyimiz düz deyil, əyilmiş səth olan çənbər-sağanaqdır.

Çətin ki, bu dəyişiklik disklərin istehsalçıları tərəfindən diqtə edilmiş olsun – biz hesab edirik ki, məhz komanda inkişafın bu istiqamətdə cəmləşdirilməsini xahiş edib ki, həm aerodinamik, həm də termodinamik özünəməxsusluqları təmin etmək mümkün olsun.

Forma dəyişikliyi açıq-aşkar diskdən istiliyi uzaqlaşdıran dəliklərin mövqelərinə təsir göstərir, lakin ədalətli olar deyək ki, çəki üstünlüyü də təmin edilir. Təkcə forma deyil, həm də diskin rəngi yeni oldu – bu, onun istehsalı üçün istifadə olunan materialın dəyişdiyini göstərir.

Ola bilsin ki, bu hələ də karbon kompozitdir – amma çəkinin azaldılması ya da termik effektivliyin artırılması üçün istifadə olunan materialların nisbətinin dəyişdirilməsi yer ala bilərdi.

Yeni arxa qanadın yoxlama yürüşündən sonra Silverstoundakı və Macarıstandakı məşqlərdə komanda nəhayət ki, ondan yarışmada istifadə etməyə qərar verdi – Almaniyada o və eləcə də meymun oturacağı hər iki pilotun maşınlarında quraşdırıldı.

Yeni qanad bir neçə fərqləndirici özəlliklərə – digər komandaların müxtəlif nəticələrlə istifadə etdikləri hər bir şeyə malikdir.

İndi qanadı yeganə mərkəzi pilon saxlayır ki, aşağı hissədə pilonun ikilənməsinin yox olmasını nəzərə almaqla, əsas müstəvinin səmərəliyini yaxşılaşdırmalıdır. Çevrilmiş Y hərfi formasında olan köhnə mərkəzi pilon kimi, yenisi işlənmiş qazları ixrac edən borunu tam kəsib keçir – bu təkcə strukturun sərtliyini yüksəltmir, həm də işlənmiş qazları ixrac edən sistemi daha səmərəli edir.

Yan lövhələrdə dəlik-jalüzlər var ki, Ferrari, Red Bull və McLaren ya əvvəllər bunları tətbiq ediblər ya da istifadəni davam etdirirlər. Onlar hava axınına lövhənin çölündən içəri axmağa, əsas və köməkçi müstəvilərin aşağı hissəsinə düşməyə imkan verir ki, bu da vurnuxma-gəzişmə zamanı sabitlik üçün xüsusilə vacibdir.

Bu dəliklər Toro Rosso tərəfindən mövsümün əvvəlində daxil edilmiş dizayn tendensiyalarına uyğun gəlir, onların ön kənar-haşiyəsi təzyiqin lövhənin bir tərəfindən digərinə daha yaxşı yenidənbölümü üçün əyilmiş vəziyyətdədir. Məqsəd isə, həmişəki kimi, əlavə asfaltayatma qüvvəsi əldə edilməsi və qabaq müqavimətin aşağı salınmasıdır.

Meymun oturacağını tamamilə ənənəvi hesab eləmək olar, indi o təhlükəsizlik strukturunun hər iki tərəfi üzrə bərkidiciyə malikdir, daha əvvəlki kimi arxa qanadın pilonuna bağlanmayıb. Qanadcıqların hava axınlarını yenidən istiqamətləndirən, diffuzorun və arxa qanadın axınlarının aerodinamik strukturlarını birləşdirən iki səthi var.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Giorgio Piola, Matt Somerfield
Baxış Sayı 389
Teqlər , , ,
Paylaş

logo