16 Dekabr 2017, Şənbə - 20:49

Əbu Dabi-2017: Günün sürücüsü – Valtteri Bottas

Əbu Dabi-2017: Günün sürücüsü – Valtteri Bottas

Müəllif: Elçin Zodorov, redaktor

19:11 - 26 Noyabr, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa pouldan başlayan və sona qədər üstünlüyünü qoruyaraq karyerasında üçüncü qələbəsini qazanan Valtteri Bottas “Günün Sürücüsü” seçilib. Finlandiyalı sürücü cari mövsümdə bu ada Rusiya və Avstriyadakı yarışlardan sonra üçüncü dəfə layiq görülüb. Maraqlıdır ki, Valtterinin qələbələri məhz bu üç yarışa təsadüf edir.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiSebastyan Fettel
Çin Qran PrisiMaks Ferstappen
Bəhreyn Qran PrisiSebastyan Fettel
Rusiya Qran PrisiValtteri Bottas
İspaniya Qran PrisiSebastyan Fettel
Monako Qran PrisiSebastyan Fettel
Kanada Qran PrisiSebastyan Fettel
Azərbaycan Qran PrisiLəns Stroll
Avstriya Qran PrisiValtteri Bottas
Britaniya Qran PrisiDaniel Rikkardo
Macarıstan Qran PrisiKimi Rəykkönen
Belçika Qran PrisiLyuis Həmilton
İtaliya Qran PrisiDaniel Rikkardo
Sinqapur Qran PrisiLyuis Həmilton
Malayziya Qran PrisiSebastyan Fettel
Yaponiya Qran PrisiMaks Ferstappen
ABŞ Qran PrisiMaks Ferstappen
Meksika Qran PrisiSebastyan Fettel
Braziliya Qran PrisiLyuis Həmilton
Əbu Dabi Qran PrisiValtteri Bottas
Aşağıdakı cədvəldə isə sürücülərin son iki mövsümdə neçə dəfə tamaşaçıların rəğbətini qazandıqlarını görə bilərsiz.
YerSürücü20162017Ümumi
1Maks Ferstappen8311
2Sebastyan Fettel3710
3Lyuis Həmilton134
4Daniel Rikkardo123
5Valtteri Bottas33
6Serxio Peres22
7Roman Qrojan22
8Kimi Rəykkönen112
9Niko Rosberq11
10Daniil Kvyat11
11Kevin Maqnussen11
12Ləns Stroll11

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 28
Teqlər , , ,
Paylaş

logo