V.Veber Şumaxerin qayıtmasını istəməyib

Mixael Şumaxerin sabiq meneceri Villi Veber 2010-cu ildə əfsanəvi sürücünün idmana qayıtmasını istəməyib.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu 2006-cı ilin sonunda idmandan getsə də, 2010-cu ildə Mercedes komandası ilə yenidən yarışlara qayıtmışdı. Burada 3 il çıxış edən Şumaxer cəmi bir dəfə podiuma yüksələ bilmişdi.

Villi Veber: “Onu çağırdım və qayıtma, uduzacaqsan dedim. Yeddi dəfə Dünya Çempionu olmuşdu və isbatlayacağı heç nə yox idi. Amma sürmək istəyirdi. Sürmək cəhətdən problemi yox idi, amma ona yanında olmayacağımı dedim.

2014-cü ilin sonuna qədər müqaviləmiz var idi. Lakin mən yeni bir dünya səyahəti istəmirdim. Həyatda hər şeyi görmüşəm. Mixaellə 20 il işlədik və bu, idmandakı ən gözəl illər idi. Keçmişi yenidən yaşamaq mümkünsüzdür. Dost kimi ayrıldıq, amma telefonda danışırdıq. Qəhvə içərək dərdləşirdik və maraqlı müzakirələr aparırdıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*