V.Bottas: “Nəticəmi yaxşılaşdıra bilərdim”

Mercedes komandasının sürücüsü Valtteri Bottas son cəhdində nəticəsini yaxşılaşdıra bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Britaniyada komanda yoldaşı Həmiltonu 0.006 saniyə qabaqlayaraq, poul qazanıb.

Valtteri Bottas: “Əla hissdir. Bu hisslər sizə işinizi sevdirir. Bu həftəsonundan razıyam. Lyuisi məğlub etdim və poul qazandığım üçün sevinirəm. İlk cəhdimdə yaxşı dövrə vursam da, mükəmməl deyildi. İkinci cəhdimdə nəticəmi yaxşılaşdırmalı idim. Amma heç nəyi bir araya gətirə bilmədim. Xüsusən də, ilk sektorda”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*