V.Bottas: “Heç nə bitməyib”

Mercedes komandasının sürücüsü Valtteri Bottas hələ də çempionluq uğrunda mübarizənin bitmədiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, təhlükəsizlik maşınına görə komanda yoldaşı Həmiltonun gerisinə düşüb və yarışı ikinci yerdə bitirib.

Valtteri Bottas: “Nə deyim bilmirəm. Lyuisi təbrik edirəm. Burada onu çox dəstəklədilər. Birinci pitə mən gəldim və fərqi nəzarətdə saxlayırdım. Amma təhlükəsizlik maşınına görə Lyuis öndə qaldı. Pitdə Medium təkərə keçdiyimə görə əlavə pit-stopa getməli idim. Buna görə də yarış istədiyim kimi olmadı. Ən azından tempimiz güclü idi. Təbii ki, pozitiv məqamlar da var. Dünən ən sürətli sürücü mən idim və yarışda da güclü idim. Mübarizəyə davam edəcəm. Hələ heç nə bitməyib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*