16 Sentyabr 2019, Bazar ertəsi - 20:30

V.Bottas: “2020-ci ildə Formula1-də yarışacam”

V.Bottas: “2020-ci ildə Formula1-də yarışacam”

Müəllif: Elçin Zodorov, redaktor

18:13 - 20 Avqust, 2019

Yay fasiləsindən səmərəli istifadə edən Valtteri vətənində duatlon yarışlarına qoşulub – bu, artıq Bottas üçün ənənəvi haldır. Finlandiyalı sürücü jurnalistlərin suallarına da cavab verib və onları gələn il də yarışacağına əmin edib.

F-1.az bildirir ki, Bottas əvvəlcə avqustun ilk günlərində ralli maşınını test etməsi ilə bağlı verilən suallara belə cavab verib: “İstənilən yarış texnikası ilə məşqlər etmək inkişafa səbəb olur, o cümlədən də ralli maşınları ilə. Bu, çox əyləncəlidir. Nə vaxt bir ralli maşınının sükanı arxasına keçsəm, yeni bir şey öyrənirəm – arabalar, traslar və onların səthi fərqlidir və bunlar da öyrənməyimiz üçün faydalıdır. Rallidə yarışacağam? Hər şey ola bilər, lakin gələn il Formula1-dəyəm.

Jurnalistlər Mercedes-in gələn ilin heyətini hələ təsdiq etməməsi, Valtteri ilə indiyə qədər ancaq bir illik müqavilələr bağlanması məsələlərinə də toxunublar və Valtteri belə cavab verib: “Çox narahat olduğumu deyə bilmərəm. İndi etməli olduğum gözləmək və olacaqları təqib etməkdir. Buna görə də, mən  diqqətimi öz işimə yönəltmişəm. Təbii ki, mən də uzunmüddətli müqavilə istəyirəm. Bəlkə də, bundan sonra belə olacaq”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 86
Teqlər ,
Paylaş

logo