Toro Rosso yeni kombinezonunu təqdim edib

Toro Rosso komandası yeni boliddən əvvəl 2019-cu ildə geyinəcəkləri kombinezonu təqdim edib.

F-1.az xatırladır ki, Faentsa mərkəzli komanda 2019-cu il bolidini fevralın 11-i təqdim edəcək. Lakin italyanlar sosial şəbəkə üzərindən yaydıqları şəkillə kombinezonlarını təqdim ediblər. Builki kombinezon keçənilkindən fərqlidir. Bir il əvvəlki geyim tamamilə mavi idi. Sponsor və tərəfdaş loqotipləri isə boz rəngə boyanmışdı. Red Bull-un loqotipi qırmızı rəngdə idi. Yeni kombinezonların üst tərəfi tünd mavi rəngdədir. Digər hissələr isə keçənilkinə bənzəyir. Red Bull-un loqotipləri də həmişəki kimi qırmızıdır. Buna görə də Toro Rosso komandasının bolidinin rəngində dəyişiklik ola bilər.

Bundan başqa, Toro Rosso komandası Formula1 bolidinin təqdimat saatını da açıqlayıb. Bolid Bakı vaxtı ilə 17:30-da təqdim ediləcək. Təqdimat sosial şəbəkə üzərindən canlı yayımlanacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*