Toro Rosso-nun adı dəyişəcək

Britaniya mətbuatınım yaydığı xəbərə əsasən, FİA və komandalar Toro Rosso komandasının adını dəyişməsinə etiraz etməyiblər.

F-1.az bildirir ki, italyan komandasının adı gələn ildən Alpha Tauri olacaq. Xatırladaq ki, Red Bull 2006-cı ildə Minardi komandasını alaraq adını Toro Rosso qoymuşdu və bu, italyanca “qırmızı öküz” deməkdir.

Rusiya yarışından sonra F1 komissiyasının səsverməsində komandanın adının dəyişdirilməsinə razılıq verilib. Beləliklə, Toro Rosso gələn ildən Red Bull-un paltar markası Alpha Tauri-nin adını daşıyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*