18 Dekabr 2018, Çərşənbə axşamı - 23:57

Sinqapur-2018: Bukmeyker cədvəlləri

Sinqapur-2018: Bukmeyker cədvəlləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:12 - 10 Sentyabr, 2018

William Hill idarəsinin bukmeykerləri Sinqapurdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, qarşıdakı yarışın favoriti Sebastyan Fettel hesab olunur. Lyuis Həmiltonun uğur şansı isə iki dəfə az dəyərləndirilib.

Sinqapur Qran Prisində qələbə (sürücülər)
Sebastyan Fettel2.37
Lyuis Həmilton4.33
Daniel Rikkardo, Maks Ferstappen5.00
Kimi Rəykkönen8.50
Valtteri Bottas13.00

Sürücülərin titul mübarizəsində bukmeykerlər yalnız dörd sürücünün şanslarını nəzərə alıblar – Ferrari və Mercedes sürücülərinin. Onların fikrincə, Lyuis bu il 5-ci dəfə çempion tacına sahib çıxacaq.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton1.53
Sebastyan Fettel2.37
Valtteri Bottas, Kimi Rəykkönen501.00

Mühəndislər Kubokunda 3 komanda cədvəldə əks olunsa da, əsas mübarizənin Mercedes və Ferrari-nin arasında gedəcəyi aşkardır…

Çempionatda qələbə (komandalar)
Mercedes1.50
Ferrari2.50
Red Bull201.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 413
Teqlər , ,
Paylaş

logo