S.Fettel: Çempionlar yarışı əyləncəli idi

F-1.az xəbər verir ki, dördqat F1 dünya çempionu Çempionlar Yarışında Mik Şumaxerlə çıxışını dəyərləndirib.

Sebastyan Fettel: “Müsabiqəni bəyəndim, əyləncəli keçdi. Uğur qazanmasanız bir az bezdiricidir, lakin ümumilikdə Çempionlar Yarışı iştirak edən hər kəs üçün gözəl hadisədir. Keçən ilin sonundan – Əbu Dabidən bəri ümumiyyətlə yarış maşını sürmədiyimi nəzərə alsaq, ilk gündən yaxşı çıxış etdim. Daha yaxşı nəticələr əldə etmək istərdim, amma hamının əhval-ruhiyyəsinin eyni olduğu aydındır”.

Xatırladaq ki, Sebastyan həm fərdi, həm komanda yarışında yarımfinala yüksəlib.