Malayziya-2016: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton qələbəyə Niko Rosberqdən bir qədər yaxındır. Əvvəlki yarışlarda əmsallar arasındakı fərq daha böyük idi, lakin Nikonun son 3 yarışda qalib gəlməsi vəziyyəti bir qədər dəyişdirib.

Malayziya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.25
Niko Rosberq 2.35
Daniel Rikkardo 10.00
Sebastyan Fettel, Maks Ferstappen 12.00
Kimi Rəykkönen 29.00
Serxio Peres, Niko Hülkenberq, Valtteri Bottas 251.00
Fernando Alonso 301.00
Censon Batton 401.00
Felipe Massa 501.00

Titul uğrunda mübarizədə Rosberqin Sinqapur Qran Prisində qalib gələrək liderliyə yüksəlməsini bukmeykerlər də nəzərə alıblar. Onlar Nikonun şanslarını əvvəlki yarışlara nisbətən yüksək qiymətləndiriblər.

Dünya çempionatında qələbə (sürücülər)
Lyuis Həmilton 1.67
Niko Rosberq 2.20
Sebastyan Fettel, Kimi Rəykkönen, Daniel Rikkardo, Maks Ferstappen 2001.00

Bukmeykerlər Mühəndislər Kuboku üçün reytinq cədvəli tərtib etməyiblər – hansı komandanın qalib gələcəyi artıq hər kəsə məlumdur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*