M.İzola şayiələri təkzib edib

Pirelli Motorsport-un rəhbəri Mario İzola testlər zamanı təkər dəstlərinin bitməsi ilə bağlı xəbərləri təkzib edib.

F-1.az bildirir ki, bəzi iddialara əsasən, bu problemə görə komandalar testlərin son iki günündə daha az dövrə vurmalı olublar. Qeyd edək ki, Pirelli şirkəti 2016-cı ildən bəri testlərə hər komandaya 40 dəst quru təkər gətirir.

Mario İzola: “Bəzi söz-söhbətlər eşitdim. Guya komandalar testlərə gətirilən təkərlərin az olduğunu deyiblər. Bilirik ki, son illər test günləri azaldılıb. Lakin müqayisə etdikdə son 10 illə eyni sayda təkər gətirmişik. Ancaq komandalar daha dözümlü və hava daha yaxşı olduğu üçün çox məsafə qət etdilər. Amma bu, təkər sayının az olması demək deyil. Testlərin ikinci həftəsinə dörd gün üçün 42-50 dəst təkərlə başladılar. Yarış tempində çox getdiklərini də nəzərə almaq lazımdr. Ancaq sıralanma tempində getmək üçün çoxlu təkərə ehtiyacınız olur. Lakin, məncə, təkərlərin sayı yetərli idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*