M.Ferstappen: Maşınlar tezliklə yüngülləşməyəcək

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidlərin yüngülləşməsi yaxın illərdə real görünmür.

F-1.az xatırladır ki, sürücülər bolidlərin ağır çəkisindən narazıdırlar. Bolidlərin çəkisi bu il 46 kilo ağırlaşıb və minimum çəki 798 kilo olub. Buna 110 kilo yanacağı da əlavə etsək, maşınların çəkisi 90 kilonu keçir.

Qeyd edək ki, maşınlar boş çənlə 2008-ci ildə 595 kilo, 2013-cü ildə 642 kilo idi.

Maks Ferstappen: “Yeni reqlamentdən sonra öndəki rəqibi izləmək asanlaşdı və bu yaxşı haldır. Ancaq ağır maşınlar yaxşı deyil və bu problemin tezliklə həll olunacağını gözləmirəm. Amma bəzi şeylər yaxşı yönə gedir. Daha keyfiyyətli yarışlar olur.

Onu da əlavə edim ki, bəzi traslarda hələ də rəqibi izləmək çox çətindir. Bunun əsas səbəblərindən biri təkərlərin həddən artıq qızmasıdır. Hələ də həll olunası problemlər var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*