12 Noyabr 2019, Çərşənbə axşamı - 09:20

K.Uilyams: “Mənim günahımdır”

K.Uilyams: “Mənim günahımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

16:17 - 04 Aprel, 2019

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, komandanı yenidən qurarkən səhv ediblər.

F-1.az xatırladır ki, britaniyalılar 2014-cü və 2015-ci illərdə Mühəndislər Kubokunda üçüncü olsalar da, son iki ildə autsayder vəziyyətinə düşüblər.

Kler Uilyams: “Nəticələrimizi qorumaq və inkişaf etmək üçün komandada bəzi şeyləri dəyişdirdik və səhv etdiyimizi anladıq. Mənim layihəm idi və günahı üzərimə götürürəm. Amma başımızı quma basdırmırıq. Qazanmaq üçün nəyə ehtiyacımız olduğunu bilirik. Lakin bu, uzun prosesdir. Əksər detalları müstəqil formada istehsal etməyə çalışırıq. Komandada 620 nəfər işləyir. Biz Williams-ın ənənələrini qorumaq istəyirik.

Patrik Hed komandaya məsləhətçi kimi qayıtdı və çətin dövrdə mühəndislərə dəstək olur. O, təcrübəlidir və hamı ona qulaq asır. Məsləhətləri çox dəyərli olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 283
Teqlər ,
Paylaş

logo