24 Avqust 2019, Şənbə - 13:20

K.Maqnussen qənaətə qarşıdır

K.Maqnussen qənaətə qarşıdır

Müəllif: Rauf Hacıyev, redaktor

16:22 - 08 Fevral, 2019

Haas komandasının sürücüsü Kevin Maqnussen 2018-ci ildəki kimi yanacağa qənaət edərək sürmək istəmir.

F-1.az xatırladır ki, danimarkalı sürücü keçən il ABŞ-da 105 kiloluq yanacaq limitini 170 qram aşdığı üçün diskvalikasiya cəzası almış və qənaətlə sürməli olmaqdan şikayət etmişdi. Yanacaq limiti bu il 5 kilo artırılacaq. Lakin komandaların daha böyük yanacaq çəni düzəldəcəyi real görünmür. Sürücülərin ümidi daha mühafizəkar Pirelli təkərlərinədir.

Kevin Maqnussen: “Bir az çox yanacağımız olacaq və bu, yaxşı haldır. Yanacağa qənaət etmək əsəbpozucudur. Formula1-də həmişə yanacağa qənaət olub, amma keçənilki zarafat kimi idi. Təkər də ayrı mövzudur. Meksikada işlədə bilmədik. Yeni təkərlərə nisbətən 8 saniyə yavaş idik və bu, əsəbimizi pozurdu. Bunlara nəzarət etmək axmaqlıq kimidir və ümid edirəm ki, bir də belə olmaz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 119
Teqlər ,
Paylaş

logo