K.Horner: “İkincilik getdi”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Fettel əgər Ferstappeni vurmasa, İngiltərədə ikincilik mümkün olub.

F-1.az xatırladır ki, Fettel gənc rəqibinə hücum edərkən ona arxadan çırpılıb və nəticədə Ferstappen yarışı beşinci yerdə bitirib.

Kristian Horner
: “Bizim üçün əsəbpozucudur. Maksın podiumu əldən getdi. Neçənci yeri tutardıq, bilmirəm. Amma ikinci ola bilərdi. Valtteri pitdən sonra onu keçməyə bilərdi. Buna görə də əsəbpozucudur. Bolidin tək parça qalması möcüzəvidir. O cür problemlərlə davam etməsi inanılmaz idi. Ən azından yarışı bitirib xal aldı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*