Honda Renault-dan güclüdür?

Honda-nın F1 direktoru Masaşi Yanamoto bildirib ki, Honda hazırda gücə görə Renault-nu keçib.

F-1.az xatırladır ki, Honda bu il Red Bull ilə iki podium qazanıb. Renault mühərrikli komandaların ən yaxşı uğuru isə McLaren komandasının Bəhreyndəki altıncılığıdır.

Masaşi Yanamoto: “Red Bull və Toro Rosso ilə hazırda Renault-dan yaxşı vəziyyətdəyik. Amma onlardan çox öndə deyilik. Etibarlılığı yüksək səviyyədə tutaraq, gücümüzü artırmalıyıq. Honda-nın daimi hədəfi qələbədir. İndiyə kimi at qüvvəsi və etibarlılığı balanslaşdırmağa fokuslanmışıq. Daha çox at qüvvəsinə ehtiyacımız var. Buna görə də işləməliyik”.

,