E.Bulye: “Mühərrik “sıfır ölçü” ilə məhdud deyil”

McLaren komandasının idman direktoru Erik Bulye hamının tənqid etdiyi "sıfır ölçü" dizaynını izah edib...

F-1.az xəbər verir ki, keçən il hamı fikirləşirdi ki, McLaren Honda-nın problemləri “sıfır ölçü” dizaynına görədir, ancaq McLaren 2016-cı ildə də sıfır ölçü dizaynı ilə davam etdi.

Hamı McLaren-in bu addımını tənqid etdi və problemlərin davam edəcəyini düşündülər.

Amma Erik Bulye bu barədə izahat verib: “Bu mövzu barədə izahat verməliyik. Hamı “sıfır ölçü” konseptini səhv anlayır. İndiyə qədər mühərrikdə həddən artıq isinmə olmadı. “Sıfır ölçü” konseptinin hesabına aerodinamik mühəndislərimiz daha çox asfalta yatma qüvvısi alırlar.

Biz Honda-nın istəklərinə qarşı çıxmadıq. Onların istəklərini yerinə yetirməyə çalışırıq. Əgər onlar daha böyük mühərrik gətirsələr, “sıfır ölçü” konsepti onu da qəbul edər.

Uzun sözün qısası, “sıfır ölçü” konseptində məhdudiyyət yoxdur. Bu konseptdən razıyıq və rəqiblərimizlə fərqi bağlamağa kömək edəcək”.

Honda Motorsport-un rəhbəri Yasuke Haseqava da bu barədə fikirlərini bildirib: “McLaren-lə mühərrik ölçüsü mövzusunda söhbət olmadı. Keçən il soyutma sistemində problem var idi və artıq daha təcrübəliyik. Biz bu il bəzi detalları daha böyük düzəltdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*