E.Okonun məqsədi dəyişməyib

Esteban Okon bu il Mercedes-də qazandığı təcrübədən gələn il Renault-da istifadə etmək istəyir.

F-1.az xatırladır ki, fransalı sürücü gələn il Renault komandasında Niko Hülkenberqi əvəz edəcək. Hazırda Mercedes-in ehtiyat sürücüsü olan Esteban 2016-cı ildə Manor-la Formula1-də debüt edib. 2017 və 2018-ci illərdə isə Force İndia komandasında çıxış edib.

Esteban Okon: “Hələ də Formula1-də Dünya Çempionu olmaq istəyirəm. Əks halda gedib evdə oturaram. Mən sürücüyəm və əlimdən gələni etməliyəm. Bu da Dünya Çempionu olmaqdır. Bu mövsüm Mercedes-də çox şey öyrəndim. Komandanım arxa planındakı işləri ilə daha yaxından tanış oldum. Bu il qazandığım təcrübə karyeram ərzində mənə kömək edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*