Dakarda ölümcül qəza baş verib

Dakar Rallisində bir azarkeş qəzadan sonra dünyasını dəyişib.

F-1.az xatırladır ki, Rallinin 9-cu etapında WRC-nin əfsanəsi Sebastian Löb qələbə qazanıb. Lakin etap vaxtı azarkeşlərdən biri Dünyasını dəyişdiyi üçün fransalı sürücünün bu qələbəsi kölgədə qalıb.

Təşkilatçılar bildiriblər ki, azarkeş İtaliyadan gəlib və qul təpəciyində meydana gələn qəzada yaralanıb. Onu helikopterlə xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Təşkilatçılar belə açıqlama veriblər: “Bir qul təpəciyinin arxasında olan italiyalı azarkeş ralli parkurunda qəza keçirib. Onu helikopterlə təxliyə edərkən təəssüflər olsun ki, dünyasını dəyişib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*