D.Rikkardo: “Çempion olmasam, gedəcəm”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, əsas məqsədi Red Bull-da qalmaqdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi 2018-ci ilin sonunda bitəcək.

Daniel Rikkardo: “Red Bull-da çox xoşbəxtəm. Maksla məni uzun illər komandada saxlamaq istəyirlər, amma görək necə olacaq. Tələsmirəm. Red Bull-a hörmət edirəm, amma qısa müddətdə qərar vermək asan deyil. Bütün alternativləri dəyərləndirib qərar verəcəm. Məqsədim Dünya Çempionu olmaqdır və bunun üçün yaxşı bolidə ehtiyacım var. Əgər Red Bull bunu təmin etsə, ayrılmaram. Hazırda mövsümün bitməsini gözləyirəm. Qalanını sonra fikirləşərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*