16 İyul 2019, Çərşənbə axşamı - 00:17

Azərbaycan-2019: Yarış

Azərbaycan-2019: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

18:25 - 28 Aprel, 2019

Mövsümün ilk 3 yarışında Ferrari favorit hesab edilsə də, Mercedes dublla ayrılmışdı. Bakıda da sərbəst yürüşlərdə Ferrari-nin, xüsusilə də, Leklerin üstünlüyü nəzərə çarpırdı və hamı ondan qələbə gözləyirdi. Ta ki, dünən sıralanma turunda qəza edənə qədər…

F-1.az xatırladır ki, dünən baş tutan sıralanma turunda əvvəl Kubitsanın, sonra isə Leklerin qəzası xeyli vaxt itkisinə səbəb olub, havanın sərinləşməsi ilə Mercedes üstünlük əldə edib. “Gümüş oxlar” bu üstünlük nəticəsində ilk cərgəni zəbt ediblər – Bottas ardıcıl ikinci poulunu əldə edib.

Qasli cümə günü tərəziyə gəlmədiyi üçün yarışa pit-leyndən başlamaqla cəzalandırılıb. Robert Kubitsa qapalı park qaydasını pozduğu üçün eyni aqibətlə üzləşib. Bu gün isə Kimi Rəykkönenin maşınının ön qanadının normadan artıq elastik olduğu məlum olub və finlandiyalı sürücü də pit yoluna göndərilib.

Covinatsi güc qurğusundakı dəyişikliklərə görə bu mövsüm cəza alan ilk sürücü olub – dəyişikliklər onu startda 10 yer geri salıb.

Yarışa ilk cərgədən Mercedes pilotları, ikinci cərgədən Fettel və Ferstappen, üçüncü cərgədən isə Peres və Kvyat başlayıblar.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Lekler, Qrojan, Rassell, Kubitsa və Qasli Medium, qalan bütün sürücülər Soft təkərlərlə yarışa başlayıblar.

Start insidentsiz ötüşüb – Həmilton Bottasa hücumlar etsə də, finlandiyalı yerini qoruya bilib və bir qədər sonra fərqi artırıb. Peres Verstappeni ötüb, Lekler isə Rikkardo və Saynsdan geri qalıb. 2-ci dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Peres – Ferstappen – Norris – Kvyat – Sayns – Rikkardo – Lekler.

Növbəti dövrələr ötmələrlə zəngin olub – Stroll və Lekler Rikkardonu, daha sonra Sayns və Lekler Kvyatı keçiblər. Lekler daha sonra Saynsı da üstələyib, Kvyat isə Stroll, Rikkardo və Elbonun hücumlarına tab gətirə bilməyib. 10-cu dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Lekler – Ferstappen – Peres – Sayns – Qasli – Stroll – Rikkardo.

11-ci dövrədə Peres, Rikkardo və Stroll pit-stopa yollanıblar. 12-ci dövrədə Fettel, növbəti dövrələrdi isə, Bottas, Sayns, Elbon, Həmilton və Ferstappen təkərlərini dəyişiblər. Kubitsa startda pit yolundan tez çıxdığı üçün pit-leyndən keçməklə cəzalandırılıb. 17-ci dövrədə artıq təkərləri yeyilmiş Qasli komanda yoldaşını irəli buraxıb. Növbəti dövrədə Kvyat Qrojanı keçərək onunculuğa yüksəlib.

Kvyat və Rikkardo eyni anda təhlükəsizlik zonasına çıxıblar, Daniel maşını arxaya verərkən diqqətsizlik edib və Kvyatla toqquşub. Hər iki sürücü xeyli vaxt və yer itirərək mübarizəyə davam ediblər. Lakin bir qədər sonra Rikkardo boksa qayıdıb və yarış onun üçün başa çatıb.

Lekler nəhayət, 35-ci dövrədə təkərlərini dəyişib. Mühəndislər Kvyatın maşınında problem olduğunu görüblər və rusiyalı sürücüyə yarışı dayandırmaq barədə göstəriş veriblər.

39-cü dövrədə Qaslinin maşını güc itirib və o, maşını təhlükəsizlik zonasında saxlayıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Sürücülər 41-ci dövrədə mübarizəyə davam ediblər. 42-ci dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Ferstappen – Lekler – Peres – Sayns – Norris – Stroll – Rəykkönen.

Lekler sürətli dövrə üçün 48-ci dövrədə pit-stop edərək yeni təkərlərə keçib. Monakolu sürücü istəyinə 50-ci dövrədə nail olub. Həmilton son dövrələrdə Bottasa xeyli yaxınlaşıb və hücum üçün fürsət axtarıb. Lakin 16-cı dövrədə səhvə yol verərək son şansından yararlana bilməyib.

Valtteri Bottas mövsümdə ikinci, karyerasında beşinci qələbəsini qazanıb. Lyuis Həmilton ikinci olub və Mercedes mövsümdəki dördüncü yarışdan da dubl ilə ayrılıb. Sebastyan Fettelin tutduğu podiumun son pilləsi isə Ferrari üçün təsəlli sayıla bilərmi, maraqlıdır…

Mübarizə iki həftə sonra İspaniyada davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
177Valtteri BottasMercedes AMG1:31.52.9421
244Lyuis HəmiltonMercedes AMG+ 0:01.5241
35Sebastyan FettelFerrari+ 0:11.7391
433Maks FerstappenRed Bull+ 0:17.4931
516Şarl LeklerFerrari+ 1:09.1072
611Serxio PeresRacing Point+ 1:16.4161
755Karlos SaynsMcLaren+ 1:23.8261
84Lando NorrisMcLaren+ 1:40.2682
918Ləns StrollRacing Point+ 1:43.8161
107Kimi RəykkönenAlfa Romeo+1 dövrə1
1123Aleksander ElbonToro Rosso+1 dövrə1
1299Antonio CovinatsiAlfa Romeo+1 dövrə1
1320Kevin MaqnussenHaas+1 dövrə2
1427Niko HülkenberqRenault+1 dövrə2
1563Corc RassellWilliams+2 dövrə2
1688Robert KubitsaWilliams+2 dövrə3

 

Sürətli Dövrə: Şarl Lekler (Ferrari) 1:43.009 (50-ci dövrə, 209,795 km/s).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Roman QrojanHaas38əyləc
Pyer QasliRed Bull38motor
Daniil KvyatToro Rosso33qəza/altlığın zədələnməsi
Daniil RikkardoRenault32qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

ПилотСтранаКомандаОчки
177Valtteri BottasMercedes AMG Petronas Motorsport87
244Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport86
35Sebastyan FettelScuderia Ferrari52
433Maks FerstappenAston Martin Red Bull Racing51
516Şarl LeklerScuderia Ferrari47
611Serxio PeresSportpesa Racing Point F1 Team13
710Pyer QasliAston Martin Red Bull Racing13
87Kimi RəykkönenAlfa Romeo Racing13
94Lando NorrisMcLaren F1 Team12
1020Kevin MaqnussenRich Energy Haas F1 Team8
1127Niko HülkenberqRenault F1 Team6
1255Karlos SaynsMcLaren F1 Team6
133Daniel RikkardoRenault F1 Team6
1418Ləns StrollSportpesa Racing Point F1 Team4
1523Aleksander ElbonRed Bull Toro Rosso Honda3
1626Daniil KvyatRed Bull Toro Rosso Honda1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas MotorsportMercedes173
2Scuderia FerrariFerrari99
3Aston Martin Red Bull RacingHonda64
4McLaren F1 TeamRenault18
5Sportpesa Racing Point F1 TeamMercedes17
6Alfa Romeo RacingFerrari13
7Renault F1 TeamRenault12
8Rich Energy Haas F1 TeamFerrari8
9Toro Rosso HondaHonda4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 223
Teqlər
Paylaş

logo