F-1.az xəbər verir ki, yarışa dördüncü yerdən başlayan, Virtual Təhlükəsizlik Maşını rejimindən yararlanaraq pit-stop edərək liderliyi ələ alan və sona qədər qoruyan Red Bull-un sürücüsü Maks Ferstappen “Günün Sürücüsü” seçilib. Maks bu ada cari mövsümdə ilk dəfə layiq görülsə də, 2016-cı ildə 8, keçən il isə 3 dəfə “Günün Sürücüsü” seçilib və ümumi sayda Sebastyan Fettellə ilk iki yeri bölüşür.
Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
| Yarış | Günün Sürücüsü |
| Avstraliya Qran Prisi | Fernando Alonso |
| Bəhreyn Qran Prisi | Pyer Qasli |
| Çin Qran Prisi | Daniel Rikkardo |
| Azərbaycan Qran Prisi | Şarl Lekler |
| İspaniya Qran Prisi | Lyuis Həmilton |
| Monako Qran Prisi | Daniel Rikkardo |
| Kanada Qran Prisi | Sebastyan Fettel |
| Fransa Qran Prisi | Sebastyan Fettel |
| Avstriya Qran Prisi | Maks Ferstappen |





