20 Oktyabr 2017, Cümə - 16:21

Yeni Ferrari SF70H təqdim olunub

Yeni Ferrari SF70H təqdim olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:15 - 24 Fevral, 2017

Mövsümöncəsi testlərin başlanmasına 3 gün qalmış Ferrari komandası 2017-ci il üçün hazırladığı yeni maşını təqdim edib. Təqdimat mərasimi internetdə canlı yayımlanıb və əvvəlcədən hazırlanmış gözəl videoçarxla maşayiət olunub.

F-1.az bildirir ki, yeni maşın SF70H adını alıb – ilk Ferrari-nin peyda olmasının 70 illiyi şərəfinə belə adlanması əvvəlcədən xəbər verilmişdi, H isə Hybrid sözündən götürülüb.

Maşın ənənəvi rəng çalarlarına boyanıb, loqotip hava kanalının üzərinə qaldırılıb, kanaldan sonra gələn üzgəc ağ rəngə boyanıb. Keçən il olduğu kimi burunda azca donqarlıq var. Yan pantonlar çox maraqlı forma alıblar. Maşının arxadan önə doğru əyilməsi aşkar görünür – əvvəllər yalnız Red Bull maşınları belə əyilirdilər.

Bu gün Fyoranoda komandanın sürücüləri çəkiliş günü çərçivəsində yeni maşınla trasa çıxacaqlar…

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 286
Teqlər ,
Paylaş

logo