T.Volff güclü sürücü gətirmək istəmir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, təqaüdə çıxan Rosberqin əvəzinə güclü sürücü gətirmək istəmirlər.

F-1.az xatırladır ki, Rosberq cümə günü təqaüdə çıxdığını açıqlamış və Mercedes komandası Rosberqi əvəz etmək üçün sürücü axtarışlarına başlamışdı.

Xatırladaq ki, Censon Batton, Fernando Alonso, Sebastyan Fettel və Valtteri Bottas kimi güclü sürücülərin adı Mercedes ilə bir hallanır. Amma belə bir düşüncə var ki, Mercedes özü yetişdirdiyi Paskal Verlyaynı transfer edəcək.

Toto Volff isə bildirib ki, onların hazırda 3 yolu var: “Hazırda 3 yolumuz var. Birincisi, Felipe Massa və Mixael Şumaxer dövründə Ferrari-nin tətbiq etdiyi birinci və ikinci sürücü siyasətidir. Bunun üçün də Mühəndislər Kubokunda bizə yaxşı xallar qazandıracaq sürücü gətirə bilərik.

İkinci yol, komandaya gənc sürücülərimizdən Okonu, ya da Verlyaynı gətirə bilərik. Necə ki, rəqiblərimiz Stroll və Vandorna şans veriblər.

Üçüncü yol isə, peletondakı güclü sürücülərdən birini gətirməkdir. Amma mənim Ferrari-nin daxili məsələlərinə müdaxilə etmək istəmirəm. Bilmirəm ki, Sebastyam bizim komandaya gəlmək istəyər ya yox. Ferrari və ya McLaren dekabr ayında Fettel və Alonsosuz nə edərdilər? Ya da Bottas olmadan Williams? Üçüncü yol ən son fikirləşdiyim yoldur”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*