20 Oktyabr 2017, Cümə - 09:12

Sinqapur-2017: Sıralanma turu

Sinqapur-2017: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:15 - 16 Sentyabr, 2017

Sıralanma turu Sinqapurda həlledici sessiya hesab olunur. Şəhər trasında ötmə etmək çox çətindir, bu trasda arxada qalan 9 yarışda 7 dəfə poulun sahibi qələbəyə sevinib, son iki ildə isə finişdə ilk üçlük startdakı ilk üçlüyə müvafiq olub.

F-1.az xatırladır ki, sərbəst yürüşlərdə Red Bull sürücüləri dominantlıq etmişdilər. Cümə günü həm birinci, həm də ikinci məşqlərdə Daniel Rikkardo, bu gün səhər isə Maks Ferstappen rəqiblərindən güclü olmuşdular.

Pirelli şəhər trasına ən yumşaq üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirib, UltraSoft və SuperSoft arasında sürət fərqi bir saniyə olub, Soft tərkibi isə həftəsonunun gedişində demək olar ki, heç istifadə olunmayıb. Cümə günü tras sürüşkən olsa da, sıralanma turuna qədər trasın vəziyyəti xeyli yaxşılaşıb.

Birinci sessiyada bütün sürücülər trasa dərhal UltraSoft tərkiblərlə çıxıblar. Qrojan əyləc problemlərinə görə iki dəfə təhlükəsizlik cibinə girməli olub. Massa 21-ci döngədə divara toxunub və sağ arxa təkərini partladıb. Eyni yerdə divarla Okon və Qrojan da “öpüşüblər” – bu yerdə bir az əvvəl dəsək yarışlarında baş verən qəza zamanı yağ dağılmışdı. Boksda Kvyatın maşınından sıx tüstü buludu çıxsa da, Daniil işini davam etdirib.

Protokollara isə Ferstappen başçılıq edib – 1:42.010, Rikkardo komanda yoldaşına cəmi 0.053 saniyə uduzub. Mübarizəni isə Sauber və Williams sürücüləri ilə birlikdə Kevin Maqnussen dayandırıb.

İkinci sessiyaya da sürücülər UltraSoft tərkiblərlə başlayıblar. Fettel əvvəlcə protokollara başçılıq etsə də, Ferstappen sonda yenə də zirvəyə yüksəlib – 1:40.379. İkinci cəhdində Maks nəticəni bir qədər də yaxşılaşdırıb – 1:40.332. Maraqlıdır ki, Rikkardo bu dəfə də komanda yoldaşına 0.053 saniyə uduzub. Palmer, Peres, Kvyat, Okon və Qrojan son sessiyaya keçə bilməyiblər.

Son sessiyada Fettel ilk cəhdində Ferstappeni üstələyib, ikinci cəhdində isə nəticəsini bir qədər də yaxşılaşdıraraq poul qazanıb – 1:39.491: mövsümdə 3-cü poul almaniyalı sürücünün karyerasında 49-cu olub. Sabah Fettellə yanaşı birinci cərgədən Ferstappen start alacaq. İkinci cərgədən yarışa Rikkardo və Rəykkönen başlayacaqlar. Üçüncü cərgəni Mercedes sürücüləri zəbt ediblər.

Sabah bizi maraqlı start və yarış gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
15Sebastyan FettelFerrari121:43.336641:40.52961:39.4917
233Maks FerstappenRed Bull11:42.010511:40.33261:39.8147
33Daniil RikkardoRed Bull21:42.063521:40.38561:39.8407
47Kimi RəykkönenFerrari111:43.328631:40.52561:40.0696
544Lyuis HəmiltonMercedes AMG61:42.455551:40.57761:40.1266
677Valtteri BottasMercedes AMG101:43.137481:41.40961:40.8106
727Niko HülkenberqRenault91:42.586671:41.27761:41.0136
814Fernando AlonsoMcLaren31:42.086891:41.44261:41.1796
92Stoffel VandornMcLaren51:42.222861:41.22751:41.3986
1055Karlos SaynsToro Rosso41:42.1768101:41.82661:42.0566
1130Colion PalmerRenault71:42.4726111:42.1076
1211Serxio PeresForce İndia131:43.5943121:42.2465
1326Daniil KvyattToro Rosso81:42.5448131:42.3386
1431Esteban OkonForce İndia141:43.6265141:42.7606
158Roman QrojanHaas151:43.6278151:43.8835
1620Kevin MaqnussenHaas161:43.7568
1719Felipe MassaWilliams171:44.0146
1818Ləns StrollWilliams181:44.7289
1994Paskal VerlyaynSauber191:45.0599
209Markus ErikssonSauber201:45.5706

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 186
Teqlər , , , , , , ,
Paylaş

logo