16 Oktyabr 2018, Çərşənbə axşamı - 10:39

Pirelli qəzanın səbəbini açıqlayıb

Pirelli qəzanın səbəbini açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

06:19 - 20 Fevral, 2017

Pirelli Motorsport-un rəhbəri Pol Hembri bildirib ki, Fettelin yağış təkərlərini test etdiyi zaman uğradığı qəzada təkərlərlə bağlı problem olmayıb.

F-1.az xatırladır ki, Pirelli yağış təkərlərini test etmək üçün Ferrari ilə müqavilə imzalamışdı. Amma Fyoranodakı testlərin ilk günündə Fettel bolidin idarəetməsini itirərək, baryerlərə çırpılmışdı. Buna görə də Pirelli-nin yağış testləri yarımçıq qalmışdı.

Yeni qayda dəyişikliklərindən sonra sürücülərin döngələrdə 40 km/saat sürətlənməsi gözlənilir və sürücülər buna görə çox həyəcanlıdırlar.

Pol Hembri qəza ilə bağlı bu açıqlamaları verib: “Sebastyan trasa çıxan gün havanın temperaturu çox aşağı idi. Qəzanın səbəbi budur. Havanın temperaturu sadəcə 4 dərəcə idi. Belə soyuq havalarda təkərləri işlətmək asan olmur. Buna görə də asfaltla ilişmə azaldı və Sebastyan qəza etdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 614
Teqlər , , , ,
Paylaş

logo