McLaren yanacağın hesablanmasında səhvə yol verib?

Mövsümün ilk yarışının nəticələrini şərh edən McLaren komandasının başçısı Martin Uitmarş etiraf edib ki, mühəndislər ciddi səhvə yol veriblər – […]

Mövsümün ilk yarışının nəticələrini şərh edən McLaren komandasının başçısı Martin Uitmarş etiraf edib ki, mühəndislər ciddi səhvə yol veriblər – yarışa lazım olan yanacağın miqdarı düzgün təyin olunmadığından 8-ci dövrədən başlayaraq motorlar qənaət rejiminə keçirilib, ona görə də sürət aşağı düşüb.

Martin Uitmarş: “Vəziyyət çox çətin idi, biz ciddi risk edirdik – hər iki maşın finiş görməyə bilərdi, ona görə də artıq 8-ci dövrədə sürücülərdən xahiş etdik ki, motorları qənaət rejiminə keçirsinlər. Belə olmasaydı, onlar çox sürətli gedə bilərdilər. Maşının sürəti imkan verirdi ki, inamla qələbə dublu edək, amma bugünkü nəticə bizi məyus etmədi.

Lyuis bir mövqe bizim taktiki səhvə görə itirdi – biz eyni dövrədə hər iki sürücümüzü pit-stopa çağırdıq, bundan dərhal sonra isə Təhlükəsizlik Maşını trasa çıxdı – bu zaman 10 saniyə itirdik. Əgər Lyuisi bir dövrə sonra pit-stopa çağırsaydıq Sebastyanın önündə trasa qayıtmalı idi.

Bu gün bu baxımdan bəxtimiz gətirmədi və hamı gördü ki, Həmilton podiumda məyus idi, amma o, uik-endi əla keçirdi və Malayziyada öz sürətini nümayiş etdirməyə hazırdır – həm sıralanma turunda, həm də yarışda.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*