16 Dekabr 2017, Şənbə - 20:39

M.Şumaxer Ferrari tarixinin ən güclü sürücüsü seçilib

M.Şumaxer Ferrari tarixinin ən güclü sürücüsü seçilib

Müəllif: Rauf Hacıyev, redaktor

18:10 - 20 Noyabr, 2017

Formula1-in əfsanəvi sürücüsü Mixael Şumaxer F1Racing jurnalının keçirdiyi sorğuda Ferrari komandasının ən güclü sürücüsü olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü Ferrari ilə 5 dəfə Dünya Çempionu olaraq, “qırmızılar”ı ən çox sevindirən pilot olub. Anketdə ancaq Ferrari komandası ilə qələbə qazanmış sürücülər iştirak edib.

Respondentlərin 50.1%-i Şumaxerə səs veriblər. İkinci yerdə gözlənilmədən 12.4%-lə Rəykkönen, üçüncü yerdə 10.3% səslə Jil Vilnöv, 4-cü yerdə 5.6%-lə Fanxio qərarlaşıblar. Beşliyi isə 5.4% səslə Niki Lauda tamamlayıb.

Hazırda karyerası davam edən sürücülərdən Fernando Alonso 5.3%-lə 6-cı, Sebastyan Fettel isə 1.3%-lə 10-cu yeri tutublar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 119
Teqlər , , , , , , , , ,
Paylaş

logo