M.Ferstappen: “Red Bull-a sadiq qalacam”

Red Bull komandasının gənc sürücüsü Maks Ferstappen bildirib ki, heç bir yerə getməyəcək və komandasına sadiq qalacaq.

F-1.az xatırladır ki, son günlər Red Bull sürücüləri barədə müxtəlif şayiələr çıxmış və ən azı birinin komandadan gedəcəyi barədə yazılmışdı.

Maks Ferstappen: “Komandada çox xoşbəxtəm və onlarla birgə olmaq məni gücləndirdi. Amma mən də yarış qazanmaq istəyirəm. Burada hamının məqsədi çempionluq uğrunda mübarizə aparmaqdır və bunun üçün rəqabətədavamlı bolidə ehtiyacımız var. Hazırda Red Bull komandası ilə müqaviləm var. Onlar mənə Formula1-də yarışmaq üçün şans verdilər. Mən də komandama sadiq qalmaq istəyirəm. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı nəticələr alaram və qələbə uğrunda mübarizə apararıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*