11 Dekabr 2018, Çərşənbə axşamı - 13:04

M.Ferstappen fərqin səbəbini açıqlayıb

M.Ferstappen fərqin səbəbini açıqlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:02 - 02 Mart, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yeni bolid fərqlidir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü həftəni lider bitirən Həmiltondan 2.7 saniyə geri qalıb.

Maks Ferstappen: “Böyük fərq var. Hər şey daha yaxşıdır. Performansımız düşmədi, amma şərait də ideal deyildi. Boliddəki performansla aerodinamik borudakı performans üst-üstə düşür.

Dövrəvi nəticələrə baxmağın mənası yoxdur. Trasın yeni asfalt qatı yaxşı dövrə vurmağa mane olur. Hələ narahat deyiləm. Mercedes və Ferrari-nin güclü olduqlarını bilirəm. Boliddən razıyam. İkinci həftə, bəlkə, güclənırik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər ,
Paylaş

logo