L.di Montedzemolo: “Avropa Formula1 üçün çox vacibdir”

Gələn il iyirmi Qran Pridən yalnız səkkizi Avropada keçəcək, Berni Ekklstoun isə bu yaxınlarda bildirib ki, gələcəkdə bu yarışların sayı […]

Gələn il iyirmi Qran Pridən yalnız səkkizi Avropada keçəcək, Berni Ekklstoun isə bu yaxınlarda bildirib ki, gələcəkdə bu yarışların sayı beşə düşə bilər. Fyoranoda jurnalistlərlə görüş zamanı Ferrari-nin prezidenti Luka di Montedzemolo Avropa mərhələlərinin saxlanmasının vacibliyindən danışıb…

Luka di Montedzemolo: “Avropa Formula1 üçün çox vacibdir. Yarışların Hindistanda, Rusiyada, Koreyada, Yaxın Şərqdə və ABŞ-da keçirilməsi bizim üçün xoşdur, amma tarixi ənənələri saxlamaq çox vacibdir, xüsusən də nəzərə almaq lazımdır ki, yeni avtodromlar heç də hamısı, məsələn, Spa avtodromu kimi yaxşı deyil. Biz Formula1-in imicini qurban verə bilmərik.

Mən şadam ki, Formula1 ABŞ-a qayıdır. Mənə həmişə qəribə gəlirdi ki, biz dünyanın demək olar ki, hər bir güşəsində yarışırıq, amma dünyanın ən böyük avtomobil bazarında iştirak etmirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*