Cümə sərbəst yürüşlərindən sonra Malayziya Qran Prisinin stüardları pit-leyndə sürət həddini aşdıqları üçün iki sürücünü cərimə ediblər.
Pit-leyndə icazə verilmiş 60 km/saat sürət həddini Censon Batton (62.3) və Niko Hülkenberq (61.0) aşıblar, ona görə də britaniyalı dünya çempionu FİA-nın kassasına 600 Avro, gənc alman sürücü isə 200 Avro ödəyəcəklər.
Bundan başqa stüardlar daha iki insidenti araşdırıblar – Rosberq və Algersuari ikinci sektorda ən yaxşı nəticələrini göstərərkən doqquzuncu döngədə sarı bayraqlar dalğalanırmış, amma hakimlər heç bir sanksiya tətbiq etməyiblər, çünki üçüncü sektorda sürücülər sürəti azaldıblar…