26 Sentyabr 2018, Çərşənbə - 06:54

H.Marko: “Rikkardo bizimlə məzələndi”

H.Marko: “Rikkardo bizimlə məzələndi”

Müəllif: Rauf Hacıyev, redaktor

13:23 - 23 Avqust, 2018

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Daniel Rikkardo onları təəccübləndirib.

F-1.az xatırladır ki, yay tətili Helmut Marko üçün çətin keçib. Avstriyalı mütəxəssis yay ərzində həm Rikkardonun yerinə adam axtarıb, həm də Honda-nın Yaponiyadakı bazasına gedib analizlər aparıb.

Helmut Marko: “Dəyişiklikləri anlamıram. Qəribə hekayə oldu. Danışıqlar çətin keçdi. Avstriya yarışı ərəfəsində onunla iki saat söhbət edib razılaşdıq. Hər şey yaxşı gedirdi. Macarıstanda mənə və Mateşiçə dedi ki, testlər zamanı müqavilə bağlayacaq. Amma belə eləmədi. Dördüncü gün səhər mənə zəng elədi. Kefi yaxşı idi. Ondan “sözün nədir?” deyə soruşdum. Mənə “Renault-ya gedirəm” cavabını verdi.

Honda layihəsinə inanmadı və Renault yaxşı pul verdi. Başqa şey düşünə bilmirəm. Yaxın zamanlarda ayaqqabıdan şampan içməsi çətin olacaq. Red Bull-da 10 il keçirdi və yerini dəyişmək istəyirdi. Yarış zamanı ən güclü sürücülərdəndir. Ötmələri mükəmməl idi. Rəqibləri necə geriyə düşdüklərini anlamırdılar. Sıralanma turunda isə Maksa çata bilmirdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 78
Teqlər , ,
Paylaş

logo