25 Sentyabr 2017, Bazar ertəsi - 14:00

F.Alonso Meksikadan yaxşı nəticə almaq istəyir

F.Alonso Meksikadan yaxşı nəticə almaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

14:40 - 27 Oktyabr, 2016

Fernando Alonso inanır ki, onlar Meksikada yaxşı xallar qazanacaqlar…

F-1.az xatırladır ki, ispaniyalı Amerika yarışında əla performans göstərərək, 5-ci olmuşdu və komandasına vacib xallar qazandırmışdı.

Alonso keçənilki Meksika yarışının ilk dövrəsində mübarizəni dayandırnmışdı. Amma 35 yaşlı sürücü builki yarışdan yaxşı nəticə gözləyir: “Keçən il Meksikaya gələndə bizim üçün müəmmalar çox idi. Bolidin necə performans göstərəciyini bilmirdik. Onsuz da heç nə edə bilmədik və ilk dövrədən sonra mübarizəni dayandırmalı oldum.

Bu trasda sazlanma tapmaq çox çətindir. Uzun düzlüklərdən savayı asfaltayatma qüvvəsi tələb edən hissələr var. Buna görə də sazlanma tapmaq üçün çoxlu işləməliyik.

Komanda olaraq buraya gəlmək üçün səbirsizlənirdik. Son yarışda hər şey bizim xeyrimizə olmuşdu və o motivasiya ilə burada yaxşı olmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 103
Teqlər , , ,
Paylaş

logo