F.Alonso İndy500-də yarışmağa hazırlaşır

Fernando Alonso bildirib ki, İndy500-də bəxtini yenidən sınayacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il Monako yarışından imtina edərək İndy500-də yarışmış və mübarizəni yarıda dayandırmalı olmuşdu.

Fernando Alonso: “Hazırda əsas məqsədim Formula1-də rəqabətədavamlı olub üçüncü çempionluğu qazanmaqdır. Təbii ki, fərqli seriyalarda da yarışmaq istəyərəm. Amma istəmirəm ki, bu, Formula1-ə pis təsir etsin. Vaxtımı doğru tənzimləyərək, bəzi şeyləri düşünəcəm. Daytona mənim üçün çox əyləncəlidir. Bunu həmişə sınamaq istəmişdim və gözəl test olduğunu düşünürəm. Buradakı 24 saatdan sonra maşınları daha yaxşı başa düşürəm. 24 saatlıq Le Man marafonunu qazanmaq gözəl olardı. Karyeramı bitirmədən fərqli bir seriyada qalib gəlmək istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*