23 Oktyabr 2017, Bazar ertəsi - 15:40

Britaniya-2017: Yarışa hava proqnozu

Britaniya-2017: Yarışa hava proqnozu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:08 - 16 İyul, 2017

Cümə günü sürücülər quru trasda işləmişdilər, dünən fasilədən sonra yağmağa başlayan yağış yalnız sıralanma turunun ilk sessiyasının gedişində müdaxilə etmişdi. Bazar gününə isə hava proqnozu dəyişkən hava vəd edir.

F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, hazırda Silverstounda yağış yağır. Amma yarışın startına qədər yağış dayanmalıdır.

Sürücülər yerli vaxtla saat 13:00-da qızdırma dövrəsinə yollanacaqlar, həmin vaxt termometrlər +21 dərəcəni göstərəcəklər, zəif cənub-qərb küləyi əsəcək. Yarışın gedişində 40% ehtimalla yağış yağa bilər.

Xatırladaq ki, keçən il sürücülər Təhlükəsizlik Maşınının arxasında ağır yağış təkərləri ilə start alsalar da, yarışı quru asfalt təkərləri ilə başa vurmuşdular…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 933
Teqlər , ,
Paylaş

logo