Bakı Şəhər Halqasında xeyir iş var

Belə görünür ki, Bakımızın gözəl abu-havası buraya gələn Formula1 fanlarına müsbət təsir edib.

F-1.az xatırladır ki, Bakı Şəhər Halqası bu həftəsonu ikinci dəfə Formula1-ə ev sahibliyi edəcək. Amma Azərbaycan yarışında cümə axşamı pit yolunda gəzinti zamanı Qrəhəm Berker adlı fan Mercedes komandasının boksunda qız rəfiqəsinə evlənmə təklifi edib və müsbət cavab alıb. Belə görünür ki, Bakı şəhəri heç vaxt Qrəhəmin yadından çıxmayacaq. Biz də F-1.az saytı olaraq, onlara ömürboyu xoşbəxtlik arzu edirik!

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*