B.Förnli: “Bu il üçlükdə olmaq istəyirik”

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, son illərdə artan performanslarını 2017-ci ildə də davam etdirib, mövsümü yaxşı yerdə bitirmək istəyirlər.

F-1.az xatırladır ki, hindistanlılar 2016-cı ildə Hülkenberq və Peresin mükəmməl performansları ilə Mühəndislər Kubokunda 4-cü olmuş və 2017-ci il üçün hədəflərini böyütmüşdülər.

Förnli bildirib ki, bu il üçlüyə düşmək istəyirlər: “Sözün açığı, 2016-cı il mövsümünə başlayanda əsas hədəfimiz beşincilik idi. Amma daha yaxşı performans göstərərək, 4-cü olduq. Yeni mövsümdə hədəfimiz 4-cülük olsa da, 3-cü olmaq üçün əlimizdən gələni edəcəyik.

Yeni qaydalara daha tez uyğunlaşan komanda üstünlük qazanacaq. Təkərlərin də böyük rolu olacaq. Bu mövzuda kim daha tez inkişaf etsə, işlər onların istədiyi kimi gedəcək. Düşünürəm ki, öndəki 3 komanda yenə çox güclü olacaq. Ümid edirəm ki, biz də öz tempimizi davam elətdirə bilərik.

Əlimizdə rəqiblərimizə nisbətən daha az resurs olsa da, 2016-cı ildə bundan ən əlverişli formada istifadə edə bildik. Eyni formada davam edib, qaynaqlarımızdan əlverişli formada istifadə etmək istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*