Zandfortda maraqlı eksperiment baş tutacaq

Qırmızı bayraqlarla yarışların dayandırılması ehtimalını azaltmaq üçün bu həftəsonu Niderland Qran Prisinin keçirildiyi Zandfort trasında eksperimental saxta çınqıl təhlükəsizlik zonası sınaqdan keçiriləcək.

F-1.az xəbər verir ki, ideya 12-ci döngədə – Hans Ernst şikanının ikinci hissəsində reallaşdırılıb.

Keçənilki Qran Pridə trasın bu hissəsində maşınlar trasdan çıxaraq trasa çoxlu çınqıl daşımışdılar. Dəstək seriyalarının yarışlarında marşallar bir neçə dəfə qırmızı bayraqları dalğalandırmalı olmuşdular. Buna görə də bu dəfə təşkilatçılar unikal bir şey sınamaq qərarına gəliblər və porebrikə paralel bir metr enində xüsusi zona yaradıblar. Bu zonada çınqıllar qatran kimi bir materiala batırılıblar.

Yəni bu sahə çınqıllıq kimi görünür, amma, əslində, tamamilə sərt və bərkdir, hələ üstəlik tam hamar deyil, kələ-kötürdür – bununla da bu zonada təkərlərin mexaniki ilişməsi minimuma endirilib. Buna görə də pilotlar bu döngədə porebrikləri keçməməyə çalışacaqlar.

Bu saxta çınqıl tələsi trasa düşən kənar elementlərin sayını əhəmiyyətli dərəcədə azaltmalıdır. Zandfort trasının idman direktoru Yan Lammers hesab edir ki, eksperiment uğurlu olarsa, oxşar qərar digər traslarda da tətbiq oluna bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*